Rəqəmsal bankçılıq üzrə analitik | Banco.az
Bank Respublika

Rəqəmsal bankçılıq üzrə analitik

Vakansiya haqqında məlumat: 

Bank Respublika ASC “Rəqəmsal bankçılıq üzrə analitik” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-dən artıq əməkdaş çalışmaqdadır. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Namizədə qarşı tələblər:

• İş təcrübəsi: texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi, sistemlərin avtomatlaşdırılması, layihələrin hazırlanması və icrası üzrə arzu olunandır;
• IT sahəsi üzrə təhsil və nəzəri biliklər arzu olunandır;
• Komanda şəklində çalışmağı və müzakirələri aparmağı bacaran, fikrini düzgün və dolğun çatdıra bilən, müzakirə olunan məsələlərdə proaktiv mövqeyə malik olan; 
• Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı; 
• Stressə davamlı, çalışqan, öyrənəbilmək və ünsiyyətqurmaq bacarığı;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri mükəmməl olmalı, İngilis dili arzuolunandır.

Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil 

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Ümumi vəzifə öhdəlikləri:

• Rəqəmsal tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanması;
• İşlənilmiş tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
• Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
• Rəqəmsal tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
• Daxili hesabatların hazırlanması və onların təhlili;
• Rəqəmsal tətbiqlərin daxili biznes-məntiqinin inkişaf etdirilməsi;

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 dekabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Rəqəmsal bankçılıq üzrə analitik” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

• Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək tələblərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
• Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et