Regional Kredit Meneceri (Bakı) | Banco.az

Regional Kredit Meneceri (Bakı)

Vakansiya haqqında məlumat: 

 

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Baş Ofis üçün  Regional Kredit Meneceri vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

  1. Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət etmək;
  2. Filiallar üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün  Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;
  3. Filiallar tərəfindən təqdim olunmuş  hesabatları təhlil etmək və yekunlaşdırmaq;
  4. Hesabatların təhlili nəticələrini rəy və təkliflərlə birlikdə rəhbərliyə çatdırmaq, hesabatlardan  irəli gələn müvafiq  tədbirlərin yerinə yetirilməsini təmin etmək;
  5. Filial Kredit Komitələrinin işini təşkil etmək və onların fəaliyyətinə  nəzarət etmək;
  6. Mərkəzi Kredit Komitəsində iştirak etmək;
  7. Filialların müstəqil sənəd işləmə  limitindən artıq olan kreditlər üçün yerdə baxış və təhlil   prosesini həyata keçirmək;
  8. Öz səlahiyyətləri daxilində  kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
  9. Filiallarda kreditvermə prosesində iştirak edən işçilərə zəruri təlimlər keçmək;

Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil 

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil; 
  • Bank sektorunda azı 3 (üç) il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;
  • Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
  • Analitik mühakimə etmək qabiliyyəti;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində (Regional Kredit Meneceri) qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Şirkət: 
“KredAqro” BOKT

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç