Regional hüquqşunas | Banco.az
Mol Bulak

Regional hüquqşunas

Vakansiya haqqında məlumat: 

“Mol Bulak BOKT” MMC  aşağıdakı filialları üzrə Regional hüquqşunas vəzifəsinə işə qəbul elan edir.

Regionlar:

1. Tərtər-Bərdə-Goranboy; 
2. Cəlilabad-Biləsuvar;
3. Lənkəran-Masallı-Astara; 
4. Ağdaş-Göyçay-Mingəçevir-Yevlax.

İşin təsviri:

- Bankın rəhbərliyinin tapşırığına əsasən Təşkilatın mənafeyini dövlət orqanları və idarələrində qoruyur və müdafiə edir;
- Problemli kreditlər üzrə məhkəmələrə iddialar hazırlayır, məhkəmələrdə Təşkilatı təmsil edir;
- Məhkəmə qərarlarının vaxtında icraya yönəldilməsinə və onların qanunvericiliyə müvafiq icra edilməsinə nəzarət edir, bununla bağlı məhkəmə icraçıları ilə daim əlaqə saxlayır, borcların qaytarılması üçün tədbirlər görür;
-ipoteka müqavilələrinin rəsmiləşdirilməsi, bununla bağlı notariat əməliyyatlarının aparılması;
-daxil olan ərizələrə baxılması və cavablandırılması;
-ödənişi gecikdirən müştərilərlə bağlı məhkəməyə qədər hüquqi tədbirlərin görülməsi;
- İş rejimi- tam iş günü.

Namizədə qarşı tələblər:

- Ali hüquqi təhsil;
- Azərbaycan dilini mükəmməl bilməli;
- Müvafiq sahədə iş təcrübəsi 3 ildən artıq olmalı;
- Məhkəmə icraçıları ilə işləmə bacarığı olmalı;

CV-lərinizi azərbaycan və ya rus dillərində  tərtib edilməklə, mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə (məsələn, Regional hüquqşunas-Cəlilabad regionu), [email protected]ünvanına göndərməyiniz və ya 012 488-05-10  nömrəsinə zəng etməyiniz  xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et