Qrafik Dizayner | Banco.az

Qrafik Dizayner

Vakansiya haqqında məlumat: 

Vəzifə öhdəlikləri:

• Müxtəlif dizayn işlərinin hazirlanmasi (Texniki dizayn, Buklet, flayer, Kataloq, logolar, Etiket yazıları, Korporativ dizayn, Billboard, Scroller, Bağlamalar və s. );
• SMM üçün kreativ materialların hazırlanması, kreativ düşüncəyə malik olması; 
• Verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi; 
• Komandayla çalışmağı bacarmalı, sürətli ve praktik olmalı;
• Verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
• Materialların eskizlərini tərtib etmək, rəhbərliklə müzakirə etmək və müvafiq dəyişiklikləri tətbiq etmək; 
• Korporativ üsul və brenddən istifadə qaydalarına uyğun olaraq;
• Ümumi reklam materiallarının hazırlanması və təhvil verilməsinə görə cavabdehlik daşımaq;
• Aparılan işlər üzrə hesabatlar hazırlamaq;
• Brending, qablaşdırma üzrə biliklər;
• Çapa hazırlıq mərhələsi üzrə biliklər.

Tələblər:

• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi 
• Kreativlik (yaradıcı potensial) 
• Adobe PhotoShop, Adobе Illustrator, Adobе InDesign, CorelDraw kimi qrafik proqramlarda işləmə bacarığı 
• Dizayn və tərtibat metodları
• Son çalışmasını göstərən bir portfolio təslim edilməlidir

Əlavə məlumatlar:

• Maaş: Razılaşma yolu ilə; 
• İş qrafiki: 5 gün, 09:00 – 18:00.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini portfolio ilə birgə mövzu yerində "qrafik dizayner" yazmaqla [email protected]  elektron ünvanına göndərə bilərlər.

Şirkət: 
Air Group MMC

Ən sərfəli krediti almaq üçün müraciət et