Qiymətli Kağızlar və Valyuta Əməliyyatları şöbəsinə mütəxəssis | Banco.az

Qiymətli Kağızlar və Valyuta Əməliyyatları şöbəsinə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

İşin təsviri:
• Mərkəzi Bankın rəsmi valyuta məzənnələri və Bankın valyuta kurslarının təyin olunma prinsiplərinə əsasən xususi kurstəyinetmə mexanizmi ilə gündəlik Bank valyuta alqı-satqı məzənnələrini təyin etmək;
• Bankdaxili konvertasiyalar üzrə əməliyyatlarda keçən günün valyuta kurslarının tətbiq edilməsilə yarana biləcək itkilərin qarşısının alınmasında iştirak etmək;
• Elektron poçtla daxil olan Mərkəzi Bankın valyuta məzənnələrini kompyuterdə arxivləşdirmək;
• Konvertasiya əməliyyatlarına nəzarət, mübadilə əməliyyatlarının aparılmasında Bank valyuta kurslarından kənarlaşma hallarında rəhbərliyi məlumatlandırmaq;
• Konvertasiyaların fərqli məzənnələrlə aparılması ilə bağlı filialın müraciətlərinin təhlil edərək departament direktoru ilə razılaşdırılmaq;
• Açıq Valyuta Mövqeyi limitlərinin qorunmasına nəzarət etmək;
• Bağlanmış FOREX sazişlərı ilə yaranmış öhdəliklərin tələb olunan vaxtda və düzgün ünvana köçürülməsini təmin etmək;
• FOREX mövqeləri üzrə aprılmış əməliyyatları sənədləşdirmək;
• Yüksək likvidli və digər qiymətli kağızlara investisiyaları təhlil etmək və təkliflər vermək;
• Forvard əməliyyatlarının keçirilməsini rəsmiləşdirmək;
• Valyuta svopları üzrə əməliyyatların keçirilməsini rəsmiləşdirmək.

Namizədə qarşı tələblər:
• Ali təhsil, xaricdə təhsil üstünlükdür (maliyyə, risk menecment, investisiya yönümlü ixtisaslar); 
• TQDK imtahan balının 550-dən yüksək olması (Azərbaycanda təhsil aldığı halda);
• Yüksək səviyyədə komputer biliklərinə sahib olmaq;
• Maliyyə alətləri ilə alqı-satqı etməkdə maraqlı şəxslər, istiqraz, səhm, törəmə maliyyə alətləri sahəsində məlumatı olmaq;
• Sözügedən sahədə ən azı 1 illik iş təcrübəsinə sahib olmaq;
• Rus və ingilis dilində mükəmməl səviyyədə danışıq və yazı bacarığına sahib olmaq;
• Kollektiv mühitdə işləmək bacarığına sahib olmaq.

[email protected]

Ən sərfəli krediti almaq üçün müraciət et