Qəza komissarları şöbəsinin Mütəxəssisi | Banco.az

Qəza komissarları şöbəsinin Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Qəza komissarları şöbəsinin Mütəxəssisi

Namizədə tələblər

• Yaş: 23-35 
• Təhsil: Ali
• İş təcrübəsi: təcrübəsi olanlara üstünlük verilir. 
• İnzibati xətalar məcəlləsini və Yol hərəkəti haqqında qanunu bilmək vacibdir.

• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(arzuolunandır)

Əsas vəzifə öhdəlikləri

• Hadisə barədə məlumat əldə edən kimi dərhal hadisə yerinə getmək.
• Hadisə yerində araşdırma aparmaq, foto və video çəkilişlər etmək, hal şahidlərindən izahatlar almaq.
• Hadisə yerinə qəza xidmətlərini çağırmaq(DYP,FHN,Təcili tibbi yardım və s.)
• Hadisə yerində zədələnmiş nəqliyyat vasitələrinə baxış keçirtmək,ilkin sənədləri toplamaq,hadisə barədə raport hazırlamaq.
• Zədələnmiş nəqliyyat vasitəsinin evakuasiyasını təşkil etmək.
• Lazım olduğu halda müştəri ilə DYPŞ-nə gedib ona izahat yazmaqda köməklik  göstərmək.
• Sığorta dələduzluğu faktlarını aşkarlamaq və qarşısını almaq.
• İmkan daxilində sığorta hadisəsini yerində tənzimləmək.
• Gördüyü iş barəsində Aparıcı mütəxəssisə hesabat vermək.
• Birbaşa rəhbəri tərəfindən hər il qoyulan planın yerinə yetirilməsi öhdəliyini daşıyır.
• Birbaşa rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı : Cədvələ uyğun normallaşdırılmamış iş qrafiki

• Sabit əmək haqqı sınaq müddətində 500 AZN
• Sınaq müddətindən sonra 600 AZN

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Qəza komissarları şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.

Şirkət: 
Atəşgah Sığorta

Ən sərfəli krediti almaq üçün müraciət et