Qəza Komissarı | Banco.az

Qəza Komissarı

Vakansiya haqqında məlumat: 

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla, “Atəşgah”  Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hazırda şirkətdə 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Namizədə tələblər:

  • Yaş: 25-40
  • Cinsi: kişi
  • Təhsil: Ali
  • İş təcrübəsi: bu sahə üzrə iş təcrübəsi olanlara üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan (əla)
  • Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
  • B kateqoriyalı sürücülük vəsiqəsi
  • Avtomobilin texniki hissələri haqda anlayışın olması
  • Yol hərəkəti haqqında və sığorta qanunvericiliyi haqda anlayışın olması
  • Namizədin yaşayış yeri mütləq aşağıda qeyd olunan ərazilərdə biri olmalı
    • 20 yanvar,1-2-3-4-5-6-9 mkr,şamaxinka
    • Həzi Aslanov, Əhmədli, Xalqlar dostluğu, Neftçilər, Qara Qarayev metrosuna yaxın ərazilər

 

Şəxsi keyfiyyətlər: 

  • Ünsiyyət qurmaq bacarığı
  • Məsuliyyətli
  • Stressə davamlı

Əsas vəzifə öhdəlikləri: 

  • Yol nəqliyyat hadisələri yerinə getmək və qəza hadisəsini yerindəcə araşdırmaq
  • Hadisənin foto və video çəkilişlərini aparmaq
  • Hadisəni rəsmiləşdirmək

İş şərtləri:

  • İş günü: sərbəst iş qrafiki
  • Əmək haqqı: 500 AZN - 600 AZN
  • Şirkət tərəfindən avtomobil verilir
  • Şirkət tərəfindən avtomobilin bütün xərcləri ödənilir
  • Şirkət tərəfindən korporativ mobil nömrə və danışıq vaxtı verilir

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir,əks halda namizədliyinizə baxılmayacaqdır)

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Şirkət: 
Ateshgah Sigorta

Ən sərfəli krediti almaq üçün müraciət et