Qeyri-Kredit Satış Departamentinin Məlumat Mərkəzi Bölməsinə Bölmə Rəisi | Banco.az
Rabitəbank

Qeyri-Kredit Satış Departamentinin Məlumat Mərkəzi Bölməsinə Bölmə Rəisi

Vakansiya haqqında məlumat: 


 
“Rabitabank” ASC Qeyri-Kredit Satış Departamentinin Məlumat Mərkəzi Bölməsinə Bölmə Rəisi vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Struktur: Qeyri-Kredit Satış departamenti/Məlumat Mərkəzi bölməsi

Vəzifə: Bölmə rəisi

Vəzifə öhdəlikləri:

• Bölmənin işini təşkil edir;
• Bölmənin  strateji idarə edilməsini həyata keçirdir;
• Müştərilərə yüksək keyfiyyətli xidmətin göstərilməsini təmin edir;

Namizədə olan tələblər:
 
• Ali təhsil (iqtisadi, maliyyə təhsilə üstünlük verilir);
• Müvafiq sahə  üzrə minimum 2 il iş təcrübəsi;
• MBNP-nin, Mərkəzi Bankın bu sahəyə aid olan qayda və normativlərini bilmək;
• Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
• Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
• Məsuliyyətli olması, təzyiqə davamlılıq, düzgünlük, dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;
• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Məlumat Mərkəzi Bölməsinin Bölmə Rəisi göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et