Qeyri-kredit məhsulların satışlarına dəstək şöbəsinə mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis | Banco.az
Beynəlxalq Bank

Qeyri-kredit məhsulların satışlarına dəstək şöbəsinə mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC Qeyri-kredit məhsulların satışlarına dəstək şöbəsinə mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis vakansiyaları elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankınınyaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 

Vəzifə öhdəlikləri:

  • Korporativ qeyri-kredit məhsulların satışına və xidmətin keyfiyyətinə dəstəyin göstərilməsi;
  • Yeni məhsulların yaradılması, mövcud məhsulların optimallaşdırılması;
  • Məhsullarla bağlı təlimlərin keçirilməsi və təqdimatların hazırlanması.

Vakant vəzifə üzrə tələblər:

  • Bank sektorunda əməliyyat sahəsi üzrə minimum 1 il iş stajı;
  • Ali iqtisadi təhsil;
  • "Microsoft Excel" proqram təminatında işləmə bacarığı;
  • Satış bacarığı;
  • Təqdimatların hazırlanması bacarığı;
  •  Azərbaycan, rus və ingilis dili bilikləri;
  • Komandada işləmək bacarığı.

 

Bu iş sizə nələri qazandıracaq:

  • Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
  • Adekvat əmək haqqı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 5 avqust 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən şəhər vəvəzifə adının “Qeyri-kredit məhsulların satışlarına dəstək şöbəsinə namizəd” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç