Qarışıq həyat sığortası şöbəsinin mütəxəssisi | Banco.az

Qarışıq həyat sığortası şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Vəzifə:Qarışıq həyat sığortası şöbəsinin mütəxəssisi

Namizədə tələblər:

  • Yaş: 25-35
  • Cinsi: fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: minimum 2 il, satış üzrə, bank və ya sığorta sahəsində
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis (yaxşı)
  • Kompyuter bilikləri: Ms Word, Ms Excel, Power Point

Şəxsi keyfiyyətlər:

  • Ünsiyyət qurmaq bacarığı
  • Yüksək nitq mədəniyyəti
  • Xoş xarici görüş
  • Yüksək təqdimat bacarığı
  • Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı

Əsas vəzifə öhdəlikləri:

  • Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
  • Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
  • Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
  • Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 - 18:00
  • İş günü 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Şirkət tərəfindən nahar
  • Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
  • Şirkət tərəfindən görüşlər üçün avtomobil təqdim olunur
  • Əmək haqqı + rüblük motivasiya

 Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir)

Şirkət: 
Atəşgah Sığorta

Ən sərfəli krediti almaq üçün müraciət et