Qarantiya və Akkreditivlər üzrə Aparıcı mütəxəssis/mütəxəssis | Banco.az
Azər Türk Bank

Qarantiya və Akkreditivlər üzrə Aparıcı mütəxəssis/mütəxəssis

Vakansiya haqqında məlumat: 

Namizədə olan tələblər

  • Ali təhsil
  • Azərbaycan və rus dillərini səlis, ingilis dilini yaxşı səviyyədə bilmək
  • Komanda tərkibində işləmək və işgüar ünsiyyət qurmaq bacarığı
  • Qarantiya və Akkreditivlərlə minimum 1 illik iş təcrübəsi
  • SWIFT proqramında 7-ci kateqoriya üzrə iş təcrübəsi
  • Windows 10, MS Office (Word, Excel) proqramlarını bilmək

 

Vəzifə öhdəlikləri

  • Bank Əməliyyat Sistemində Qarantiya və Akkreditivlərin qeydiyyatını, onlara dəyişikliklərin edilməsini və daxil olmuş tələblərin qeydiyyatını həyata keçirmək
  • Qarantiya və Akkreditivlər üzrə hesabatları izləmək, ödənişlər üzrə gecikmələr, bağlanacaq qarantiyalar və gələcək ödənişlər barədə məlumatları izləyərək prosedura uyğun addımlar atmaq
  • Sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı biznes təhlilini aparmaq, hesabatları hazırlamaq
  • Sənədli əməliyyatların aparılmasına dair qaydaları və işə aid digər qayda və təlimatları aktiv şəkildə öyrənmək
  • İşə aid bütün daxili iş mərhələləri, hüquqi proseslər, daxili və beynəlxalq prosedurlar və qaydalar haqqında məlumata malik olmaq
  • Korporativ Xidmətlər üzrə bankın filial və departamentlərin əməkdaşlarına sənədli əməliyyatların aparılması ilə bağlı konsultasiya vermək

 

Siz də bizim peşəkar komandanın üzvü olmaq istəyirsinizsə CV-lərinzi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et