Prudensial siyasət və metodologiya idarəsi – analitik (sığorta sahəsi üzrə) | Banco.az

Prudensial siyasət və metodologiya idarəsi – analitik (sığorta sahəsi üzrə)

Vakansiya haqqında məlumat: 

Maliyyə Bazarlarına Nəzarət Palatası

Prudensial siyasət və metodologiya idarəsi – analitik (sığorta sahəsi üzrə)

Namizədə dair tələblər: 
• Ali təhsil (İqtisadiyyat üzrə);
• Analoji sahə üzrə ən azı  2 il iş təcrübəsi;
• Analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• Yeni nəzəri və praktiki bilikləri mənimsəmək və tədqiqat aparmaq qabiliyyəti;
• İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:
• Sığorta təşkilatlarının fəaliyyətinin tənzimlənməsi üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanmasınadəstək verir;
• Qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun olaraq sığorta təşkilatlarının fəaliyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi üzrə təkliflər verir;
• Sığorta sisteminin maliyyə sabitliyinə və dayanıqlığına təsir edə biləcək amilləri və risk faktorlarını mütəmadi olaraq müəyyənləşdirir və təhlil edir;
• Aparılmış təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;
• Sığorta sektorundan daxil olan müraciətlərə baxır, məktub və sorğulara cavablar hazırlayır;
• Sığorta istiqaməti üzrə digər işləri yerinə yetirir.

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini [email protected] elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Şirkət: 
Maliyyə Bazarlarına Nəzarət Palatası

Ən sərfəli krediti almaq üçün müraciət et