Prudensial siyasət və metodologiya idarəsi – analitik (Kapital bazarları üzrə) | Banco.az

Prudensial siyasət və metodologiya idarəsi – analitik (Kapital bazarları üzrə)

Vakansiya haqqında məlumat: 

Maliyyə Bazarlarına Nəzarət Palatası

Prudensial siyasət və metodologiya idarəsi – analitik (Kapital bazarları üzrə)

Namizədə dair tələblər:
• Ali təhsil (İqtisadiyyat üzrə);
• Anoloji sahə üzrə ən azı 2 il iş təcrübəsi;
• Analitik düşüncə və  riyazi hesablama aparmaq qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• Yeni nəzəri və praktiki bilikləri mənimsəmək və tədqiqat aparmaq qabiliyyəti;
• İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı. 
• Maliyyə analizi və investisiyasahəsi üzrə beynəlxalq peşəkarkvalifikasiyalısertifikatkarın  olması arzuolunandır.

İşin təsviri:
• Kapital bazarlarının tənzimlənməsi üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanmasında iştirak edir;
• Qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun olaraq kapital bazarı iştirakçılarının fəaliyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi üzrə təkliflər verir;
• Kapital bazarının iştirakçılarının dayanıqlığına təsir edə biləcək amilləri və risk faktorlarını mütəmadi olaraq qiymətləndirir;
• Aparılmış təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;
• Kapital bazarı iştirakçılarından daxil olan müraciətlərə baxır, məktub və sorğulara cavablar hazırlayır;

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini [email protected] elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Şirkət: 
Maliyyə Bazarlarına Nəzarət Palatası

Ən sərfəli krediti almaq üçün müraciət et