AFB Bank
Proseslərin idarə edilməsi Strukturunun baş mütəxəssisi
Vakansiya haqqında məlumat:
AFB Bank Proseslərin idarə edilməsi Strukturunun baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Baş Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- İqtisadiyyat, biznesin idarəedilməsi və İT sahəsi üzrə ali təhsil;
- Bankın audit, nəzarət, müştəri xidmətləri sahəsində və ya analoji sahədə ən az 3 il iş təcrübəsi
- Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini bilənlərə üstünlük verilir);
- Ofis proqramları ilə işləmək bacarığı (Visio, Power Point, Excel, Word);
- BPM platformalı proqram təminatları və Power BI, Tableau, SPSSüzrə biliklər arzuolunandır;
- Bank proseslərinin iş axışları,Bank qanunvericiliyibarədə məlumatlı olmaq;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə, Problemlərin həll yolunun qısa müddətdə müəyyən edilməsi bacarığı;
- Analitik düşünmə bacarığı, Yaradıcı yanaşma tərzi;
- İntensiv rejimdə işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
İŞİN TƏSVİRİ:
- Bank proseslərinin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi və yeniliklərin tətbiq edilməsinin təşkilatlandırılması;
- Bankın yeni və mövcud biznes proseslərinin təhlili, blok-sxemlərinin hazırlanması (BPMN standartlarına uyğun);
- Bankın prosedur və qaydaların optimallaşdırılmasına dair təhlillər və monitorinqlər aparmaq, yenisinin hazırlanmasını təmin etmək;
- Prosedur və proseslərə dair rəylərin verilməsi;
- Proseslər üzrə xronometrajların aparılması;
- Proseslərin avtomatlaşdırılması üzrə testlərin icra edilməsi;
- Struktur bölmələrin iş yüklərinin hesablanması;
- Layihələrdə iştirak;
- Texniki tapşırıqların yazılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proseslərin idarə eilməsi üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.