Proseslərin idarə edilməsi şöbəsində baş mütəxəssis | Banco.az
AFB Bank

Proseslərin idarə edilməsi şöbəsində baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Proseslərin idarə edilməsi şöbəsində baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Proseslərin idarə edilməsi şöbəsinin baş mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 
• Ali iqtisadi təhsil;
• Bankarda audit, daxili nəzarət, risk menecmenti və ya proseslərin idarə olunması sahəsində ən az 3 il iş təcrübəsi;
• Bankdaxili prosesləri təhlil etmək bacarığı;
• Layihələrin idarə olunmasında iş təcrübəsi;
• Normativ sənədlərin hazırlanmasını bilmək;
• Analitik düşünmə və təhlil bacarıqları olan;
• Təşəbbüskar və novator olmaq; 
• İşdə dəqiq və detallara fikir vermək qabiliyyəti;
• Kollektivdə işləmək bacarığı;
• Ofis proqramlarını mükəmməl bilmək.

İŞİN TƏSVİRİ:
• Biznes proseslərinin hazırlanması, təhlil olunması və təkliflərin verilməsi;
• Biznes proseslərin optimallaşdırılması üzrə metodologiyanın hazırlanması;
• Layihələrin hazırlanmasında iştirak və idarə etmək;
• Bankdaxili prosedur və təlimatların hazırlanmasını və təkmilləşdirilməsini həyata keçirmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proseslərin idarə edilməsi şöbəsi” qeyd edərək [email protected] electron ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et