Proqramlaşdırma şöbəsinin Aparıcı Mütəxəssisi | Banco.az
Bank BTB

Proqramlaşdırma şöbəsinin Aparıcı Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Bank “BTB” ASC İT departamentinin Proqramlaşdırma şöbəsinin Aparıcı Mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş  Bank “BTB” ASC  hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC  öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

Proqramlaşdırma şöbəsinin Aparıcı Mütəxəssisi

İş barədə məlumat:

  • Tətbiqi proqramların fasiləsiz, problemsiz işləməsi üçün onlara hər zaman və təcili xidmət göstərir;
  • Bankdaxili proseslərin və hesabatların maksimum avtomatlaşdırılması işini həyata keçirir;
  • Proqram təminatı hazırlanarkən məlumat təhlükəsizliyi prinsiplərinin qorunmasını təmin edir;
  • Tətbiqi proqramlar  üzrə bankdaxili təlimlər keçirir;
  • Şöbə rəhbərinin tapşırıqlarına əsasən proqram təminatının və proqram modullarının tərtibatı ilə məşğul olur;
  • Proqram təminatının təkmilləşdirilməsi və daim yenilənməsi işini həyata keçirir;
  • Məlumat mübadiləsi və hesabatların maksimum dərəcədə avtomatlaşdırılmış şəkildə həyata keçirilməsi işini görür;
  • Şöbə rəhbəri tərəfindən verilmiş tapşırıqları yerinə yetirir.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Microsoft Visual Studio;
  • NET C#, PL/SQL,  ASP.NET, Oracle DB-də iş bacarığı;
  • HTML,CSS,Javascript;
  • MSSQL Server-də iş təcrübəsi
  • Proqramlaşdırılma sahəsində 3 ildən artıq iş  təcrübəsi;
  • SSRS –də işləmək bacarığı;
  • Maliyyə və bank sahəsində iş təcrübəsi;
  • Texniki və istifadəçi sənədlərinin yaradılması təcrübəsi;
  • Azəbaycan, İngilis və rus dili bilikləri;
  • Analitik təfəkkür, nəticəyə yönümlülük, komandada işləmək bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-ni azərbaycan dilində 30  May,   2018–ci il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Proqramlaşdırma şöbəsinin aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et