Proqramların inkişafı şöbəsinə aparıcı proqramçı/ Baş proqramçı | Banco.az
Rabitəbank

Proqramların inkişafı şöbəsinə aparıcı proqramçı/ Baş proqramçı

Vakansiya haqqında məlumat: 

 

“Rabitabank” ASC İT departamentinin Proqramların inkişafı şöbəsinə aparıcı proqramçı/ Baş proqramçı vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Əsas vəzifələr:

  • Biznes tələblərin təhlili və tələblərə uyğun yeni program təminatların hazırlanması və nəzarət edilməsi;
  • Mövcud Layihələrin təkmilləşdirilməsi və optimallaşdırılması;
  • Mövcud Layihələrin texniki dəstəyinin təşkilinin aparılması;

 

 Namizədəolantələblər:

  • Full Stack Development;
  • C#, ASP.NET proqramlaşdırmanı mükəmməl səviyyədə bilmək,
  • Delphi, CBuilder, Web üzrə biliklərə malik olmasıarzuolunandı;
  • Fast Report, Crystal Report hesabat hazırlama proqramlar üzrə biliklərə malik olmaq;
  • Verilənlər bazasında işləmək üçün SQL, PL/SQL dilləri bilmək;
  • Müvafiq sahədə ən azı 3 il iş təçrübəsinə malik olma;
  • Bank əməliyyatları üzrə biliklərə malik olması arzuolunandı;
  • Azərbaycan dilində sərbəst, ingilis və rus dillər üzrə baza biliklərinin olması (texniki sənədlərin oxunub, tərcümə olunması);
  •  Analitik düşünmə və böyük baza ilə işləyə bilmək;
  • Komandada işləyə bilmək;
  • Diqqətlilik, operativlik, məsuliyyətlik  kimi müsbət göstəricilərə malik olmaq.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsindəİT departamentinin Proqramların inkişafı şöbəsinə aparıcı proqramçı/ Baş proqramçı göstərməyiniz xahiş olunur. 

Əlaqəvasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakışəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et