Proqramçı | Banco.az
Kapital Bank

Proqramçı

Vakansiya haqqında məlumat: 

Ümumi məlumat

Kapital Bank namizədləri İT İnnovasiya və İnkişaf Departamentinin Proqramlaşdırma şöbəsində PL/SQL üzrə Proqramçı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • SQL üzrə biliklər və PL/SQL - də proqramlaşdırma;
    • left/right outer join - lərlə işləmə bacarığı;
    • Kompleks tiplər üzrə biliklər;
    • Oracle - standart paketləri ilə işləmə bacarığı;
    • XML ilə işləmə bacarığı;
  • Optimal və yüksək səviyyədə dokumentasiya olunmuş kod yazmaq;
  • Yazılmış kodları təhlil etmək və lazımi dəyişiklikləri həyata keçirmək bacarığı.

Tələblər

  • Texniki sahədə tam ali təhsil;
  • Sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti və fikrin strukturlaşdırılmış şəkildə təqdim edilməsi bacarığı;
  • Komanda tərkibində işləmə qabiliyyəti;
  • Dil bilikləri:
    • Texniki təlimatları qavraya biləcək səviyyədə İngilis dili biliyi;
    • Yaxşı səviyyədə Rus dili biliyi.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində vakansiyanın adını qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin

  •  

Ən sərfəli krediti almaq üçün müraciət et