Proqram təminatı şöbəsinə web proqramçı | Banco.az
Rabitəbank

Proqram təminatı şöbəsinə web proqramçı

Vakansiya haqqında məlumat: 

“Rabitabank” ASC İT departamentinin "Proqram təminatı şöbəsinə web proqramçı" vəzifəsinə işə qəbul elan edir.

Azərbancanın ilk özəl banklarından biri və 24 illik tarixə malik olan “Rabitəbank” ASC ölkədə dayanıqlılığı və etibarlılığı ilə fərqlənən iri Banklar sırasındadır. Bu fərqliliyin təməlini qoymaqda isə Bank əməkdaşlarının əvəzsiz rolu olmuşdur. Bu yolda yorulmadan səy göstərən peşəkar kollektivimizlə fəxr edir, Sizi də bu kollektivdə görmək ümidi ilə “Rabitəbank”ın mehriban kollektivinə və maraqlı korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

  • Yeni Web proyektlərin yaradılması;
  • Cari Web proyektlərdə dəyişikliklər və onlara dəstək;
  • WebService -lərin yazılması;
  • Mövcud WebService -lərə dəstək;
  • Departamentin əməliyyat planı ilə uyğun gələn göstəriş və tapşırıqların, bilavasitə rəhbərini məlumatlandırmaqla icra olunması.

Namizədə qarşı tələblər:

  • Müvafiq sahədə (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.) ali təhsilli olmalı;
  • Tələb olunan sahə üzrə ən az 3 il iş təcrübəsi olmalı (bank sektorunda təcrübəsi olanlara üstünlük verilir);
  • Bank və maliyyə proyektləri üzrə iş təcrübəsinə malik olmalı;
  • C#, ASP.NET, PHP, Java, Spring, WebServices (RESTful, SOAP), Jax-WS, JavaScript üzrə bilikləri olmalı;

Davranış səriştələri:

  • Analitik düşünmə qabiliyyəti;
  • Böyük baza ilə işləmək qabiliyyəti;
  • Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
  • Ünsiyyət qurmaq və təqdim etmə bacarığı;
  • Diqqətlilik, operativlik, məsuliyyətlik və punktuallıq kimi müsbət göstəricilərə malik olmalı;

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Göstərilən tələblərə cavab verən namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.  Məktubun "mövzu" hissəsində iddia etdiyiniz vakant vəzifənin adı "Proqram təminatı şöbəsinə web proqramçı" mütləq qeyd olunmalıdır.

Sizə uğurlar diləyi ilə HR Azerbaijan komandası!

Ən sərfəli krediti almaq üçün müraciət et