Problemli Kreditlərin Yığımı üzrə İşçi qrupuna Analitik | Banco.az
Bank Respublika

Problemli Kreditlərin Yığımı üzrə İşçi qrupuna Analitik

Vakansiya haqqında məlumat: 

 

Bank Respublika ASC “Problemli Kreditlərin Yığımı üzrə İşçi qrupuna Analitik” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 27 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

 

Ümumi vəzifə öhdəlikləri:

  • Problemli kredit portfelinin analizi və təhlili;
  • Yığım üzrə işçi qrupu əməkdaşlarının fəaliyyəti üzrə nəticələrin qiymətləndirilməsi;
  • Struktur bölmə əməkdaşlarınınmotivasiya sistemi üzrə müvafiq prosedurların icrası;
  • Hesabatların hazırlanması.

 

Namizədə qarşı tələblər:

  • Təqdimat və hesabatların hazırlanması bacarığı;
  • Riyazi bilik və analitik düşünmə qabiliyyəti;
  • Məlumat bazası ilə işləmək bacarığı;
  • Excel proqramında sərbəst işləmək bacarığı;
  • Yüksək ünsiyyət bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Əzmkarlıq, düzgünlük, çalışqanlıq.

 

Sizə nə təklif edirik?

  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri.

 

Kreditləşmə üzrə bilik və təcrübəyə malik olan namizədlərə üstünlük veriləcək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 avqust 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Problemli Kreditlərin Yığımı üzrə İşçi qrupuna Analitik” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et