Problemli kreditlərə nəzarət şöbəsinə Şöbə rəisi | Banco.az
Rabitəbank

Problemli kreditlərə nəzarət şöbəsinə Şöbə rəisi

Vakansiya haqqında məlumat: 

 

"RabitabankASC Kreditlərə Nəzarət Departamenti, Problemli kreditlərə nəzarət şöbəsinə Şöbə rəisi vakansiyası üzrə işə qəbul elan edir!

 

Ölkənin iri, dayanıqlı və etibarlı banklarından biri olan "Rabitəbank" ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Vəzifələri:

  • Gecikməsi olan kreditlərin qaydalara uyğun olaraq müştəri xidməti strukturundan alınaraq PKİD-ə təhvil verilməsinə nəzarət etmək;
  • İddia ərizələrinin müddət baxımından qaydaya uyğun məhkəməyə verilməsinə və məhkəmə qərarlarının banka daxil olmasına nəzarət etmək;
  • Qanunvericiliyə uyğun Məhkəmə qərarları banka daxil olduqdan sonra "Problemli kreditlər üzrə görülən işlərə nəzarət" proseduruna əsasən icra tədbirlərinin davam etdirilməsinə nəzarət etmək;
  • Kənarlaşma aşkar olunduğu halda sənədlərin təqibinə nəzarət edən əməkdaşlardan kənarlaşmanın səbəbini araşdırıb qısa zamanda aradan qaldırılmasını tələb etmək və bu barədə rəhbərliyə yazılı məlumat vermək;
  • Problemli kreditlər üzrə Kredit Komitəsinin qərarına və bankdaxili qaydalara uyğun bank proqramının Kredit modulunda kreditin ödəniş şərtləri üzrə dəyişikliyi həyata keçirmək;
  • Gecikmədə olan kreditlərin PKİD icraatına keçən zaman məsul kredit menecerləri ilə bağlı baş vermiş dəyişikliklərin sistemə daxil edilməsini həyata keçirmək;
  • Problemli kreditlərlə bağlı komitəyə təqdim olunan işlərə tələb olunduğu təqdirdə rəy vermək;
  • Problemli kreditlər üzrə hüquqi pozuntularla bağlı araşdırmalar aparmaq və nəticələri barədə Departament direktoruna məlumat vermək;
  • Aşkar olunmuş nöqsan və pozuntularla bağlı Departament direktoruna yazılı məlumat verir.

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

      Namizədə olan tələblər:

  • Ali hüquqi təhsil:
  • Problemli kreditlərlə iş sahəsində ən azı  4 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (xarici dil bilən şəxslərə üstünlük verilir);
  • Analitik düşünmə qabiliyyəti;
  • Nəzarət etmə qabiliyyəti;
  • MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı;
  • Yüksək kommunikasıya və problemləri həll etmək bacarığı;
  • Vətəndaş qüsursuzluğu;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində  Kreditlərə Nəzarət Departamenti, Problemli kreditlərə nəzarət şöbəsinin Şöbə rəisi yazmağınız xahiş olunur.

Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.

Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun.

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et