Problemli Kreditlər üzrə mütəxəssis (Xaçmaz filialı) | Banco.az

Problemli Kreditlər üzrə mütəxəssis (Xaçmaz filialı)

Vakansiya haqqında məlumat: 

TBC Kredit - Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.
 
İşəgötürən olaraq TBC Kredit peşəkarlar komandası yaradır, onların ixtisasının artırılmasının, motivasiyasının və sosial müdafiəsinin qayğısına qalır.

Hazırda TBC Kredit  BOKT Xaçmaz filialı üçün Problemli Kreditlər üzrə mütəxəssis  vəzifəsinə işçi qəbulu elan edir.

Tələblər:

• Ali təhsil 
• Problemli Kreditlər üzrə mütəxəssis kimi ən azı 1 il iş təcrübəsi
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
• Analitik bacarıqlar və çətin vəziyyətlərin həllini təklif etmək imkanı
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Azərbaycan və rus dillərində səlist danışıq bacarığı

Əsas öhdəliklər:

• Problemli kreditlərin qaytarılması üçün tədbirlərin görülməsi
• Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması  üçün tədbirlərin görülməsi

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-ləri  25 avqust 2016-cı il tarixinədək e-mail ([email protected]) vasitəsilə təqdim etsinlər.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Xaçmaz filialı üçün Problemli Kreditlər üzrə mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Şirkət: 
TBC Kredit BOKT

Ən sərfəli krediti almaq üçün müraciət et