Problemli kreditlər üzrə mütəxəssis | Banco.az

Problemli kreditlər üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə BOA Agency komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

 

Vəzifə öhdəlikləri:

  • İcraatında olan kredit portfellərinə nəzarət;
  • Vaxtı ötmüş borclarla işin effektiv şəkildə aparılması
  • Gecikmədə olan müştərilərlə telefonla əlaqə yaradılaraq gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;
  • Problemli kreditlərin normallaşdırılması üçün tədbirlərin həyata keçirilməsi. 
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması
  • Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi

 

Vakant vəzifə üzrə tələblər:

  • Universiteti yeni bitirmiş və yaxud müvafiq iş sahəsində 1il iş təcrübəsi olmalı;
  • Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
  • Yüksək dərəcədə ünsiyyət və münasibət qurma bacarıqları;
  • Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları;
  • Müştərini dinləmə bacarıqları və ona şifahi şəkildə istiqamət vermə bilikləri;
  • Gərgin situasiyalarda emosiyaların idarə etmə bacarıqları;
  • Komanda ilə işləmək bacarıqları;
  • Yaş həddi 21-28

 

Sizə nə təklif edirik?

  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri.
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Əmək müqaviləsi.

 

  • Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır. (012) 431-44-02
  • Ünvan: Nəsimi rayonu, 4 mkr.,Mir Cəlal küç.36 D
Şirkət: 
BOA Agency

Ən sərfəli krediti almaq üçün müraciət et