PROBLEMLİ KREDİTLƏR ÜZRƏ MÜTƏXƏSSİS | Banco.az
FINCA Azerbaijan

PROBLEMLİ KREDİTLƏR ÜZRƏ MÜTƏXƏSSİS

Vakansiya haqqında məlumat: 

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının Ağcabədi və İmişli şəhərlərində yerləşən filialları üçün  PROBLEMLİ KREDİTLƏR ÜZRƏ MÜTƏXƏSSİS vəzifəsinə işçilərin axtarışını elan edir. “FINCA Azerbaijan” Azərbaycan üzrə 155,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. 

Bu vəzifənin əsas məqsədi icraatına verilmiş problemli müştərilərlə kreditin ödənilməsi istiqamətində məhkəməyə qədər işin aparılması, gecikdirilmiş və ödənilməyən borcların geri ödənilməsinin təmin olunmasının təşkil edilməsi.

Əsas vəzifə və öhdəlikləri:

• Təşkilatın fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində Hüquq Departamentinin Meneceri tərəfindən qoyulmuş hədəflərə çatmaq,    

   həmçinin Təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini Təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
• Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlığının təmin edilməsi;

• Məhkəmyə qədər borcların qaytarılması istiqamətində qanunauyğun təsir tədbirlərindən istifadə etmək;
• Hüquq Departamentinin Meneceri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək;

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Ali təhsil (hüquqi ali təhsili olanlar arzuolunandır);
• Borcların yığılması, problemli müştərilərlə işləmək sahəsində ən azı 2 il iş təcrübəsi;
• Mülki, mülki-prosessual, icra, ipoteka və bank qanunvericiliyi haqqında anlayışı olmalı;
• Azərbaycan dilində səlis danışmaq, (İngilis və Rus dillərini bilmək arzuolunandır);
• Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
• Təşkilat və onun missiyasına yüksək sadiqlik;
• Əla şəxsi keyfiyyətlər;
• Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;

• Görülən işlər barədə müvafiq hesabat hazırlamaq.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 02 Avqust  2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№304/15) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan:

Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Ağcabədi ş, Ü.Hacıbəyli pros., 94,  Tel:     (+994 21) 275 15 51; (+994 55) 455 25 64; (+994 21) 275 15 51

İmişli, H.Aslanov küç., 9A, Tel:  +(994 21) 246 60 17+(994 55) 455 25 69;  +(994 21) 246 29 07

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et