Problemli kreditlər şöbəsinin mütəxəssisi (Xaçmaz, Qusar, Mingəçevir və Gəncə üzrə) | Banco.az
Expressbank

Problemli kreditlər şöbəsinin mütəxəssisi (Xaçmaz, Qusar, Mingəçevir və Gəncə üzrə)

Vakansiya haqqında məlumat: 

Tələblər:

  • Ali təhsil;
  • Problemli kreditlərlə iş sahəsində müvafiq təcrübə;
  • Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı;
  • Microsoft Word və Excell proqramlarında işləmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Bank və ya bank olmayan kredit təşkilatında işləyən namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

  • Bankın müvafiq strukturlarına problemli kreditlərin həlli istiqamətində köməklik göstərilməsi;
  • Mövcud olan problemli kreditlərin təhlilinin aparılması;
  • Kredit ödənişləri üzrə hər hansı gecikmələr və ya borcun ödənilməsində digər problemlər yarandıqda, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi;
  • Problemli kreditlərin məhkəmədən kənar qaytarılmasını təmin etmək məqsədilə, borcun ödənilməsinə dair borcalanla danışıqların aparılması;
  • Problemli kreditlərin və borcluların uçotunun aparılması.

​QEYD: Xahiş olunur yalnız “Expressbank” ASC -nin CV formasını, yuxarıda göstərilən tələblərə uyğun olaraq, doldurub [email protected] ünvanına göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək

Ən sərfəli krediti almaq üçün müraciət et