Plastik kartlarla və mobil maliyyə xidmətləri ilə iş Şöbəsinin müdiri | Banco.az
Yelo Bank

Plastik kartlarla və mobil maliyyə xidmətləri ilə iş Şöbəsinin müdiri

Vakansiya haqqında məlumat: 

Səlahiyyətlər: 

  • Plastik kartlarla və mobil maliyyə xidmətləri ilə iş Şöbəsinə rəhbərlik və idarə etmək, aşağıda sadalanan səlahiyyətlərlə kifayətlənməmək deyil, daxil olmaqla:
  • Plastik kartlar və mobil maliyyə xidmətləri ilə bağlı müəyyən edilmiş strategiyaların hazırlanmasına və tətbiqinə rəhbərlik etmək;
  • Bankın kartlar və mobil maliyyə xidmətlərin uğurlu realizasiyasına görə cavabdeh şəxsi olmaq;
  • Biznes proseslərinə, satışın təşkilinə, plastik kartlar üzrə biznes-strategiyaları üçün təkliflərin hazırlanmasına rəhbərlik etmək;
  • Bankın texnoloji inkişafı və xidmətləri ilə bağlı layihələrin hazırlanması və onlarda iştirak;
  • Azərbaycan Qanunvericiliyinə və normativ aktlarına riayət edilməsini təmin etmək;
  • Müxtəlif komitə və komandalarda iştirak etmək;
  • Layiqli korporativ mədəniyyətinin təşkilində, həmçinin işin hər aspektində ən yaxşı beynəlxalq təcrübəsini tətbiq edilməsində iştirak etmək; 

Tabelik və inkişaf imkanları:

  • Plastik kartlarla və mobil maliyyə xidmətləri ilə iş Şöbəsi Pərakəndə bank xidmətləri Şöbəsinin hissəsidir.
  • Vəzifə bilavasitə Pərakəndə biznes Departamentinin Direktoruna tabedir.
  • Şöbə müdirinə iki vəzifə tabedir:
  • Kartların verilməsi üzrə Mütəxəssis və əldə etməsi üzrə Mütəxəssis.
  • Vəzifənin növbəti səviyyəsi - Pərakəndə biznes Departamentinin Direktorun müavini.

Tələblər:

  1. Kommersiya bankında, prosesinq mərkəzində (back-ofis, biznesin inkişafı və ya front-ofis) plastik kartlarla işin idarə  edilməsində minimum 3 illik təcrübə;
  2. Plasik kartlarla işin prinsiplərini dərindən bilməsi (verilmə,əldə etmə, və s.);
  3. Beynəlxalq ödəniş sistemlərinin qaydalarını və tələblərini, normativ bazanı və əlaqəli sahələri bilməsi;
  4. Mobil maliyyə xidmətlərinin tətbiqində təcrübə önəmli üstünlükdür;
  5. İqtisadiyyatda, bank işində, biznesin idarə edilməsində dərəcə. Elmi dərəcə - üstünlükdür;
  6. Microsoft Office (Word, Excel, Outlook, Visio, Project, Power Point), ABS sistemini və plastik kartların back-ofis sistemini  bilmək;
  7. Azərbaycan və rus dillərini sərbəst, ingilis dilini əla səviyyədə bilmək.
  8. İdarəetmə təcrübəsi üstünlüklərdən biridir.

Mükafatlandırma:

Biz əməyin əla ödəniş şərtlərini təklif edirik (müəyyən edilmiş əmək haqqı və səmərəliliyin nəticəsində qazanılan bonuslar daxil olmaqla).

 

Əlaqə:

CV formalarınızı [email protected] ünvanına göndərməyinizi xahiş edirik.

Son müddət:

 1 aprel 2017 il.

Ən sərfəli krediti almaq üçün müraciət et