Personalın işə qəbulu və adaptasiyası şöbəsinin Aparıcı Mütəxəssis | Banco.az

Personalın işə qəbulu və adaptasiyası şöbəsinin Aparıcı Mütəxəssis

Vakansiya haqqında məlumat: 

Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla, “Atəşgah”  Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür.

Hazırda şirkətdə 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

İŞ PROFİLİ
 
Vəzifə: Personalın işə qəbulu və adaptasiyası şöbəsinin Aparıcı Mütəxəssis

Şöbə: Personalın işə qəbulu və adaptasiyası şöbəsi

Vəzifə öhdəlikləri:

• Şirkətin kadr tələbinin müəyyən olunması;
• Şirkətin işəqəbul proseduruna uyğun olaraq işin aparılması;
• Açıq vakansiyaların ciddi təhlili və təmin olunması;
• Müsahibələrin keçirilməsi;
• Müvafiq testlərin hazırlanması və tətbiq olunması;
• Kadr bazasının qurulması. 
• Prosedurların hazırlamasında köməklik göstərir;
• Yeni işçilərinin adaptasiyasına prosedur üzrə nazərət etmək;
• Prosedurlar üzrə hesabatlar hazırlamaq;
• Şöbəyə aid yeni layihələri həyata keçirmək;
• Birbaşa rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.
  
Namizədə tələblər:

• Azərbaycan və rus dillərini;
• Microsoft Office (Word, Excel, Power Point) proqramlarını, İnternet  Explorer-dən istifadə qaydalarını;
• Şirkətin daxili əmək nizamının qaydalarını; 
• Şirkətin kommersiya sirrinin qoruyub saxlama rejimini;
• Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını;

Dil bilikləri:

•  Azərbaycan dili – əla
• Rus dilli - əla
 
İş şərtləri:

• Qrafik: 09:00 – 18:00
• İş günləri: I –V günləri
• İş yeri: Baş ofis
• Ə/H: Müsahibə əsasında müəyən edilir

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Personalın işə qəbulu və adaptasiyası şöbəsinin Aparıcı mütəxəssis” qeyd etmək mütləqdir).
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Şirkət: 
Ateshgah Sigorta

Ən sərfəli krediti almaq üçün müraciət et