Partnyorluq Satışları şöbəsinin Mütəxəssisi | Banco.az

Partnyorluq Satışları şöbəsinin Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla, “Atəşgah”  Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür.

Hazırda şirkətdə 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

İŞ PROFİLİ

Partnyorluq Satışları şöbəsinin Mütəxəssisi

Əsas vəzifə öhdəlikləri:

• Ciddi hesabat blanklarının təhvil-təslimi
• Yeni partnyorların cəlb olunması
• Sığorta haqqlarının toplanması və təhvili
• Hesabatların hazırlanması

Namizədə tələblər:

• Yaş: 22-32
• Cinsi: Kişi
• Təhsil: Ali
• İş təcrübəsi olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan (əla) , rus (əla)
• Kompyuter bilikləri: Excell, word

• Əlavə bilik və bacarıqlar: Ünsiyyət, inandırmaq bacarığı

• Üstünlük verilən keyfiyyətlər: Çalışqanlıq

İş şərtləri

• İş vaxtı: 9:00 - 18:00
• İş günü:5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı: 500 AZN + rüblük motivasiya
• Şirkət tərəfindən görüşlər üçün avtomobil təqdim olunur.

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər. Məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.

Məvacib: 
500
Şirkət: 
Ateshgah Sigorta

Ən sərfəli krediti almaq üçün müraciət et