Nümayəndəliklərin İdarə olunması üzrə mütəxəssis | Banco.az

Nümayəndəliklərin İdarə olunması üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

PAŞA Sığorta” ASC namizədləri Nümayəndəliklərin İdarə olunması üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Nümayəndəliklərin gündəlik cari fəaliyyətinin idarə olunmasının həyata keçirilməsi, iş həcmini yüksəltmək və səmərəli çalışma mühitini yaratmaq vasitəsi ilə nümayəndəliklərin dəqiq işinin təmin edilməsi;
• İş ilə əlaqədar olan bütün prosedur qaydalar, təlimat və siyasətlər barəsində nümayəndəliklərin bütün əməkdaşlarına məlumatın təqdim edilməsini, nümayəndəliklərdə  nizam-intizam qaydalarına ciddi riayət olunmasının təmin edilməsi;
• Şirkət tərəfindən tərtib olunmuş fəaliyyət proqramı ilə tanışlıq, nümayəndəlik əməkdaşlarının bu barədə məlumatlandırılması və proqramın icrasına nəzarət, nümayəndəliklərin işindəki çatışmazlıqların aşkar edilməsi və işdəki nöqsanların aradan qaldırılması üçün təcili tədbirlərin həyata keçirilməsi və  bu barədə tabe olduğu departamentə malumat verilməsi;
• Şirkət tərəfindən həyata keçirilən layihələrə bölgələrdə nəzarətin təmin edilməsi, habelә şirkətin satışlar üzrə qəbul edilmiş korporativ strategiyasına müvafiq qaydada fəaliyyətin təmin edilməsi;
• Bütün sığorta məhsulları üzrə gündəlik satış həcmlərini bilməli, rəhbərlik tərəfindən müəyyən edilmiş satış planı həcmlərinə riayəti təmin etmək məqsədi ilə monitorinqin həyata keçirilməsi üçün nümayəndəliklərin aylıq və rüblük dövriyyəsinin uçotunu aparılması;
• Bölgələrdə satış imkanlarını araşdırılmaları, habelə faktiki satış həcmləri ilə müəyyən olunmuş planın və keçən ilin analoji müddətinin müqayisəli təhlilinin aparılması, illik büdcənin və bölgələr üzrə satış üçün planlaşdırılan həcmlərin tərtib olunması məqsədi ilə tabe olduğu departamentə  tələb olunan informasiyaların təqdim edilməsi və bu istiqamətdə departamentə yardımın göstərilməsi;
• Şirkətə müraciət edən müştərilərə keyfiyyətli xidmətin həyata keçirilməsi, sığorta müqavilələrinin yenilənməsi barədə məlumatları, ümumi sığorta haqqı məbləğini və müvafiq müştəri ilə əlaqəli digər kommunikasiyaları əks etdirən ayrıca bazanın yaradılması və onlara nəzarətin həyata keçirilməsi;
• Nümayəndəliklərin əməkdaşları arasında vəzifə bölgüsünü birbaşa rəhbəri ilə razılaşdırılması, şirkətin sığorta mәhsullarının təşviqi və nümayəndəliklərin hər bir əməkdaşı tərəfindən planda olan satış vəzifələrinin yerinə yetirilmәsi üçün məsuliyyət daşımaq;
• Nümayəndəliklərin istifadəsində olan ciddi hesabat blanklarının uçotunun, nümayəndəliklərin möhürü və ştampının düzgün təyinatla istifadəsinin, habelə daxil olan nağd vəsaitin  nəzarətdə saxlanması üçün məsuliyyət daşımaq;
• Müvafiq sığorta şərtlərinin və tarif dərəcələrinin müəyyənləşməsi məqsədi ilə müştərilər tərəfindən sorğulara cavabların hazırlanmasına və onların, həmçinin sifarişçi haqqında tələb olunan əlavə məlumatların Aderraytinq şöbəsinə daxil olmasına nəzarət edilməsi;
• Nümayəndəliklərdə anderraytinqin aparılması və müvafiq sığorta şəhadətnamələrinin buraxılışının nəzarətdə saxlanması;
• Şöbə rəhbərinin tapşırığı ilə digər işləri yerinə yetirilməsi;

Bilik və bacarıqlar:

BİLİKLƏR

• Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir;

Dil bilikləri - Azərbaycan və Rus dillərinin mükəmməl, işlək səviyyədə olması.

Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

TƏCRÜBƏ

• Müştəri xidmətlər sahəsində minimum 1 il iş təcrübəsi və  sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir; 
• Sığorta sahəsində və müvafiq sertifikasiya üzrə iş təcrübəsinə üstünlük verilir.

BACARIQLAR

• Ünsiyyət qurmaq bacarığı;
• Dəqiqlik;
• Öz fikirlərini təmiz ifadə etmək bacarığı;
• Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
• Komanda ilə işləmək bacarığı;
• Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;
• Mübahisəli məsələləri idarəetmə bacarığı;
• Stressə davamlılıq;
• İdarəetmə bacarığı.

Son müraciət tarixi: 25 fevral, 2019-cu il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Şirkət: 
PAŞA Sığorta

Ən sərfəli krediti almaq üçün müraciət et