Nəzarətçi | Banco.az

Nəzarətçi

Vakansiya haqqında məlumat: 

DəmirBank ASC-in Təhlükəsizlik Xidmətinə Nəzarətçi vəzifəsinə işəqəbul elan edir.

İşin təsviri:

  • Bankın əsas binaları, icarəyə götürülmüş ofisləri, tədris mərkəzi, avtopark, ATM və filiallarda video kameralar vasitəsi ilə təhlükəsizliyə və kamera işləkliyinə iş növbəsi zamanı nəzarət etmək;
  • Gündəlik kameraların vəziyyəti barəsində məlumatları əldə etmək və nasazlıq aşkar olunduğu təqdirdə nasazlıq barədə yazılı məlumat vermək;
  • Filiallarda bunkerlərin qaydalara uyğun olaraq açılıb bağlanmasına kamera görüntüsü ilə nəzarət etmək;
  • Filiallarda pul anbarlarının mühafizəsini kamera vasitəsi ilə nəzarət etmək;
  • İnkassasiya maşınlarının hərəkətini GPS vasitəsilə nəzarət etmək;
  • Bankomatlarda olan kameraların vəziyyətinə gündəlik nəzarət etmək;
  • Zərurət yarandıqda regionlarda olan filiallara ezam olunmaq.

Namizədə qarşı tələblər:

  • Təhlükəsizlik sahəsində təcrübə üstünlük hesab edilir;
  • Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmaq;
  • Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
  • Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmaq;
  • Məxfilik, diqqət, analiz etmək, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 yanvar 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Nəzarətçi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et