Nəqliyyat və logistika üzrə koordinator | Banco.az
Azkredit

Nəqliyyat və logistika üzrə koordinator

Vakansiya haqqında məlumat: 

“Vijn Fond AzərKredit” MMC Nəqliyyat və logistika üzrə koordinator vəzifəsinə işçi qəbulunu elan edir.

“Vijn Fond AzərKredit” MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük BOKT-larından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır.

İş yeri AzərKredit təşkilatının Baş Ofisində olacaq.

Əsas vəzifə və öhdəlikləri:

• Nəqliyyat proseduruna əsasən Baş ofis işçilərinin sürücülərlə təmin olunması;
• Nəqliyyatla bağlı uçotun aparılması və hər ayın sonunda hesabatların verilməsi;
• Sürücülərin xüsüsi qrafiklərinin hazırlanması;
• Şirkətin nəqliyyat vasitələrinin inzibati xətalarının yoxlanılması və sürücülərin məlumatlandırılması;
• Vasitələrin idarəedilməsi üçün etibarnamələrin hazırlanması və uçotunun aparılması;
• Yeni nəqliyyat vasitələrinin Yol Polis İdarəsində qeydiyyata salınması və sürücülərə təhvil verilmə prossesinin təşkil edilməsi;
• Yeni nəqliyyat vasitələrinin lazımı sığorta növləri ilə təmin edilməsi;
• Şirkətin nəqliyyat vasitələrinin texniki baxışdan kecirilməsi və lazım olduqda təmirinin təşkil edilməsi;
• Nəqliyyat vasitələri ilə bağlı satınalma sifarişlərinin daxili satınalma qaydalarına əsasən icra olunması;
• Şirkətə məxsus olan köhnələnmiş vasitələrin qiymətləndirilməsi prosesinin həyata keçirilməsi və satış üçün ehtiyac olan tədbirlərin görülməsi;
• Şöbə müdiri tərəfdən digər inzibatı əlavə tapşırıqların yerinə yetirilməsi;
• Şirkətin fəlsəfə və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Ali təhsil dərəcəsi (texniki istiqamətində olanlara üstünlük veriləcək);
• Nəqliyyat və ya logistika sahəsində ən azı 2 illik iş təcrübəsi;
• Azərbaycan və İngilis dillərində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı;
• Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək, Excel proqramını mükəmməl bilməsi mütləqdir;
• Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı;
• Xoş görünüş və ünsiyyət qurma, komandada işləmə bacarığı;
• Təşkilatın missiyasına sadiqlik.
 
Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 28 aprel 2015-ci il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.

E-məktubunuzun mövzu hissəsində ‘Transport Coordinator’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan:  [email protected]  Fax: (+994 12) 597 30 39   www.azercredit.az

Ən sərfəli krediti almaq üçün müraciət et