Mütəxəssis/Aparıcı Mütəxəssis/Baş Mütəxəssis ( regionlar ) | Banco.az
ABB

Mütəxəssis/Aparıcı Mütəxəssis/Baş Mütəxəssis ( regionlar )

Vakansiya haqqında məlumat: 

ABB” ASC Kreditlərin inzibatiləşdirilməsi şöbəsinin Naxçıvan, Cəlilabad, Göyçay, Şabran, Ağdaş, Lənkəran, Kürdəmir, Qazax, Şamaxı, İmişli regionları üzrə Mütəxəssis/Aparıcı Mütəxəssis/Baş Mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Kreditlərin prosedurlara uyğun verilməsinə nəzarət, avtorizasiya səlahiyyəti;                
 Kredit sənədlərinin tamlığına cavabdehlik;                 
 Girov təminatlarının sistem üzrə qeydiyyatına nəzarət və girovdan azad məktublarının hazırlanması;             
 Silinmələr prosesinin mərkəzləşdirilməsində iştirak;                 
 Kredit inzibatçılığı üzrə digər nəzarət işləri;  

Tələb olunan səriştələr:

 Komandada işləmək bacarığı;
 Detallara diqqət;
 Analitik təhlil;
 Vaxtı idarə etmək qabiliyyəti;

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Bank sahəsində 1 il iş təcrübəsi; 
 Ofis proqramlarında sərbəst işləmək bacarığı;.

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində  iş proseslərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 28 Sentyabr 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kreditlərin inzibatıləşdirilməsi şöbəsinə Mütəxəssis/Aparıcı Mütəxəssis/Baş Mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun.

Ən sərfəli krediti almaq üçün müraciət et