Müştərilərə xidmət şöbəsinin mütəxəssisi | Banco.az
Kapital Bank

Müştərilərə xidmət şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Kapital Bank namizədləri Müştərilərə xidmət şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir: Cəlilabad, Masallı, Biləsuvar və Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl filialı üzrə açıq vakansiyalar elan edilir.

Öhdəliklər:

•    Bankın xidmət və məhsulları barədə müştərilərə məlumat vermək;
•    Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank məhsullarının satışını həyata keçirmək;
•    Müştərilərdən müxtəlif təyinatlı ödənişlərin qəbulu;
•    Müştərilərin sifarişlərinə əsasən əmanət, pul köçürmələri, hesablar üzrə digər əməliyyatların həyata keçirilməsi;
•    Ödəniş kartları üzrə əməliyyatların aparılması.

Tələblər:

•    Ali təhsil;
•    Yüksək ünsiyyətqurma qabiliyyəti;
•    MS Office (Word, Excel) proqramları üzrə biliklər;
•    Detallara qarşı diqqətlilik;
•    Çevik qərar vermə v ətəzyiqə davamlılıq;
•    Əla səviyyədə Azərbaycan dili biliyi;

CV-lərinizi [email protected] mail ünvanına göndərməniz xahiş olunur. 

Ən sərfəli krediti almaq üçün müraciət et