Müştəri xidmətləri və qəbul otağının mütəxəssisi | Banco.az

Müştəri xidmətləri və qəbul otağının mütəxəssisi

Vakansiya haqqında məlumat: 

“Rəvan Sığorta” ASC Müştəri xidmətləri və qəbul otağının mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri – Bakı şəhəri
Yaş həddi – 22-30
Təhsil – Ali
İş təcrübəsi – 1 ildən yuxarı
Email: [email protected]

İş barədə məlumat

- Şirkətə daxil olan müştərilərin və digər şəxslərin qarşılanması;
- Buraxılış sənədlərində qeydiyyatın aparılması;
- Şirkətə ünvanlanmış telefon zənglərinə cavab verilməsi;
- Şirkətin müştəri bazasının formalaşdırılması və onun təhlili;
- Online (real vaxt rejimində) sualların cavablandırılması, şikayət və təkliflərin qeydə alınması;
- Müştərilərlə bağlı aylıq hesabatın hazırlanması;
- Müştəri məmnuniyyətinin ölçülməsi üçün müştərilərlə əlaqə saxlanılması;
- Müştərilərə xidmət səviyyəsinin yerində ölçülməsi və çatışmazlıqların aradan qaldırılmasıyla bağlı təkliflərin verilməsi.
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-18:00;
- Əmək haqqı iş təcrübəsindən asılı olaraq 450-630 manat

Namizədə dair tələblər

- Ali təhsilli və ən azı 1 il iş stajı;
- Xoş xarici görünüş, məsuliyyətli və işində dəqiq;
- Cinsi/ Qadın
- Azərbaycan və rus dilləri mükəmməl, ingilis dili - orta;
- Digər tələblər: insanlarla ünsiyyətin əsaslarını, etik davranış və sənədlərlə iş qaydalarını bilməlidir.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Şirkət: 
“Rəvan Sığorta” ASC

Ən sərfəli krediti almaq üçün müraciət et