Müştəri xidmətləri üzrə mütəxəssis | Banco.az

Müştəri xidmətləri üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

PAŞA Sığorta şirkəti Müştəri xidmətləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir 

Əsas öhdəliklər

  • Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işləyir;
  • Fərdi müştərilərə keyfiyyətli xidmət göstərir və potensial müştəriləri cəlb edir; 
  • Hesabatlılığın hazırlanması;

Tələb olunan göstəricilər və bacarıqlar

  • Ali təhsilə üstünlük verilir
  • Müştəri xidmətləri və sığorta sahəsində 1-2 il iş təcrübəsinə üstünlük verilir. 
  • Ünsiyyətçilik, çalışqanlıq, məsuliyyətlilik, dəqiqlik, öz fikirlərini təmiz ifadə etmək bacarığı, yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı, komanda ilə işləmək bacarığı, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;  
  • Azərbaycan dili sərbəst, rus dili üstünlük təşkil edir. 
Şirkət: 
“PAŞA Sığorta”

Ən sərfəli krediti almaq üçün müraciət et