Müştəri Xidmətləri Təmsilçisi | Banco.az
FINCA Azerbaijan

Müştəri Xidmətləri Təmsilçisi

Vakansiya haqqında məlumat: 

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı MÜŞTƏRİ XİDMƏTLƏRİ TƏMSİLÇİSİ vəzifəsinə işçi axtarışı elan edir. 

Məqsəd:

Müştəri Xidmətləri Təmsilçisi “FINCA Azerbaijan”-ın mərkəzi zəng qəbul etmə sistemi vasitəsi ilə zənglərin qəbul edilməsi üzrə və “FINCA Azerbaijan”-ın aktiv olmayan müştəriləri arasında Çıxış Sorğusu keçirməklə məşğul olur.

Zənglərin qəbul edilməsi zamanı şəxslərə qısa olaraq kredit şərtləri barədə məlumat verir. Əgər maraqlanan şəxs daha geniş məlumat almaq və ya kredit üçün müraciət etmək istəyərsə o uyğun filiala istiqamətləndirir.

Bundan əlavə olaraq, Müştəri Xidmətləri Təmsilçisi FINCA-dan kredit götürməyi dayandırmış şəxslərdən telefon vasitəsi ilə sorğu keçirir. Müştəri Xidmətləri Təmsilçisi hər iki cavabdehliyə dair təlimləndirilir.

Aşağıdakı şərtlərə uyğun gələn namizədlər ərizə ilə müraciət edə bilərlər:

  •          Azərbaycan dilində səlis danışmaq, Rus və İngilis dilini bilmək üstünlükdür;
  •          Daha öncə müştəri xidmətləri və / və ya sorğularda iştirak etmək;
  •          İnsanlarla asan ünsiyyət qurmaq, komanda ruhu;
  •          Müştəri xidməti sahəsinə maraq
  •          Kredit işi ilə tanışlıq və ya öyrənmək arzusu;
  •          Bitmiş və ya davam etməkdə olan ali / texniki təhsil;
  •          MS Office proqramlarında sərbəst işləmək.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 02 Noyabr 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№679/14) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edə bilərsiz:

Ünvan: Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza III, mərtəbə 8

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et