Müştəri xidmətləri şöbəsinin baş mütəxəssisi | Banco.az
Bank BTB

Müştəri xidmətləri şöbəsinin baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

“Gəncə” filialının Müştəri xidmətləri şöbəsinin baş mütəxəssisi

İş barədə məlumat:

  • Bank “BTB” ASC-nin mövcud tariflərinə  əsasən bütün növ bank məhsul və xidmətlərinin  satışını  təşkil etmək;
  • Bank tərəfindən təqdim edilən bank məhsulları və xidmətlər (tariflər, əmanətlər, köçürmələr, plastik kartlar və s .) barədə məlumatları müştərilərə təqdim etmək;
  • Fiziki şəxslərə, onların müraciət və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların müvafiq qaydada açmaq, bu hesablar üzrə əməliyyatları aparmaq və onları  bağlamaq;
  • Hüquqi şəxslərin hesablarında onların müraciətinə və qanunvericiliyə əsasən əməliyyatlar aparmaq;
  • Müştərinin təqdim etdiyi ödəniş tapşırığının qəbul edilməsi, düzgün tərtib olunmasının yoxlanılması;
  • Müştərinin istəklərinə və bankın mövcud şərtlərinə uyğun olaraq, plastik kartların sifarişini qəbul etmək, sistemə daxil edərək müvafiq sənədləri Bank  Kartları şöbəsinə təqdim etmək;
  • Bankın məhsul və xidmətlərində edilən dəyişiklik və əlavələr barədə müştəriləri məlumatlandırmaq;
  • Təhkim olunmuş ödəniş sistemləri və təcili pul köçürmə sistemləri üzrə əməliyyatları həyata keçirmək.

Namizədə tələblər:

  • Vahid komandada işləmək qabiliyyəti;
  • Azərbaycan, rus dillərini bilmək;
  • Gərgin əmək şəraitində işləmək qabiliyyəti;
  • Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini(azərbaycan dilində) 31.07.2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (“Gəncə” filialının Müştəri xidmətləri şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et