Müştəri xidmətləri keyfiyyətinə nəzarət üzrə mütəxəssis | Banco.az
Yelo Bank

Müştəri xidmətləri keyfiyyətinə nəzarət üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Müştəri xidmətləri keyfiyyətinə nəzarət üzrə mütəxəssis

 

Öhdəliklər:

  • Müştərilərə göstərilən xidmət üzrə keyfiyyət standartları və prosedurların yazılması
  • Şirkətin iş standartlarına əsasən bütün satış və xidmət nöqtələrində müştərilərə göstərilən xidmət keyfiyyətinin qiymətləndirilməsi
  • Müştərilərə göstərilən xidmət keyfiyyətinin yaxşılaşdırılması və müştəri məmnuniyyətinin artırılmasına məqsədilə sorğuların keçirilməsi
  • Analitik iş, statistik hesabatların (düsturlar, cədvəllər, qrafiklər, diaqramlar) tərtib  olunması
  • CRM sistemi ilə iş
  • Xidmət səviyyəsinin artırılması məqsədilə təkliflərin toplanması və təhlili
  • Müştəri yönümlü korporativ mədəniyyətin tətbiq olunması məqsədilə təlimlərin təşkili və keçirilməsi


Tələblər:

  • Ali təhsil
  • Müştərilərlə iş sahəsində iki ildən başlayan iş təcrübəsi, keyfiyyətə nəzarət sahəsində iş təcrübəsi üstünlükdür
  • Təcrübəli MS Office istifadəçisi
  • Azərbaycan və rus dilləri – mükəmməl səviyyədə, ingilis dili biliyi üstünlükdür
  • Müştəriyə yönümlülük
  • Komandada işləmə bacarığı
  • Dinləmə, ünsiyyət qurma və əks əlaqə vermə bacarığı
  • Analitik bacarıqlar, planlama və çevik olma bacarığı
  • Tez öyrənmə, stressə dözümlülük və çox tapşırıqlılıq rejimində işləmə bacarığı

 

Əməkhaqqı namizədlə müsahibədən sonra müəyyən ediləcək.

 

Xahiş edirik, CV-nizi məktubun mövzusunda vakansiyanın adını – "Müştəri xidmətləri keyfiyyətinə nəzarət üzrə mütəxəssis" qeyd etməklə [email protected]elektron poçt ünvanına göndərin.

Ən sərfəli krediti almaq üçün müraciət et