Müştəri Xidmətləri Departamentində Mütəxəssis və Baş mütəxəssis | Banco.az
AFB Bank

Müştəri Xidmətləri Departamentində Mütəxəssis və Baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Müştəri Xidmətləri Departamentində Mütəxəssis və Baş mütəxəssis vəzifələrinə vakansiya elan edir.

Vəzifə: Mütəxəssis, Baş mütəxəssis 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı, Sumqayıt, Gəncə və Qəbələ şəhərləri

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • • Ali iqtisadi təhsil;
  • • Yaş həddi 22 – 32;
  • • Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı;
  • • MS Excel və MS Word proqramları üzrə baza biliklər;
  • • İqtisadiyyat və maliyyə istiqaməti üzrə nəzəri biliklər;
  • • Analitik düşüncə qabiliyyəti;
  • • Hərbi xidmət keçmiş və ya möhlət hüququ olanlar;
  • • İş təcrübəsi arzuolunandır. 

 

İŞİN TƏSVİRİ:

  • • Kredit Sifarişlərinin qəbul olunması;
  • • Müştərilərə kredit məhsulları barədə məlumatların verilməsi;
  • • Kreditlərin rəsmiləşdirilməsi;
  • • Fiziki və Hüquqi şəxslərə bank xidmətlərinin göstərilməsi;
  • • Ödəniş kartlarının sifariş edilməsi;
  • • Müştərilərin cəlb edilməsi;
  • • Müştəri xidmətləri üzrə aylıq/illik plan və tapşırıqların yerinə yetirilməsi.

Qeyd: Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “MXD mütəxəssis, baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et