Müştəri xidməti üzrə təcrübə | Banco.az
Rabitəbank

Müştəri xidməti üzrə təcrübə

Vakansiya haqqında məlumat: 

Əgər Siz, gələcək karyeranızı Müştərilərə xidmət sahəsində qurmaq istəyirsinizsə, bu zaman Sizi Bankımızın mehriban və peşakar  kollektivinə qoşularaq təcrübə proqramında iştirak etməyə dəvət edirik!

Təcrübə proqramı zamanı Bankın peşakar mütəxəssisləri tərəfindən Sizə aşağıdakı peşakar bilik və təcrübələrin əldə edilməsinə imkan yaradılacaqdır. 

  • Biznes etika anlayışı və korporativ davranış normalarının əsasları 
  • Müştəri xidmətləri prinsipləri və müştərilərlə iş
  • Bank məhsulları və onların satış prinsipləri
  • Plastik kartlar və onlar vasitəsilə əməliyyatların aparılması
  • Sürətli pul köçürmə sistemləri və onlarla iş prinsipləri  
  • SWIFT,XÖНKS-la iş prinsipləri
  • Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərin valyuta əməliyyatlarının rejimi 
  • Banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları. Sərəncamlarla iş
  • Mühasibat üçotonun əsasları

Namizədlərə olan tələblər:

  • Ali təhsilli 
  • Riyazi bilikləri və məntiq 
  • Yüksək təqdim etmə və kommunikasiya qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Dəqiqlik, düzgünlük və məsuliyyətlilik kimi müsbət göstəricilərə malik olması
  • İnsanlarla asanlıqla münasibət qurmaq bacarığı, gülərüz olması
  • Azərbaycan və rus dilini mükəmməl bilməli (ingilis dili bilənlərə üstünlük verilir)

Qeyd: Təcrübə proqramına seçilmiş namizədlər bankın peşakar komandası, habelə Biznes sahəsi üzrə beynəlxalq səviyyəli təlimçi, məsləhətçi və kouç tərəfindən keçirilən təlimlərdə iştirak etmək, özünü inkişaf etmək və təcrübələri toplamaq şansı əldə edəcəklər.

Təcrübə proqramında müvəffəqiyyətlə iştirak etmiş və müsbət nəticələr əldə etmiş namizədlərə proqramın sonunda Rabitəbank ASC tərəfindən sertifikat təqdim ediləcəkdir və gələcəkdə uğurlu namizədlər işə qəbul üçün dəyərləndiriləcəkdir.

Təcrübə proqramında iştirak etmək istəyən namizədlər [email protected] elektron ünvanına, e-mail mövzusu hissəsində “Müştəri xidməti üzrə təcrübə ” qeyd edərək  CV-lərini göndərə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et