Müştəri Təmsilçisi | Banco.az

Müştəri Təmsilçisi

Vakansiya haqqında məlumat: 

“Ziraat Bank Azərbaycan” ASC Müştəri Təmsilçisi vəzifəsinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • Yaşı – 21-30 arası;
  • Min 3 il kredit təşkilatında SME və ya korporativ kreditlərin təhlili və verilməsi sahəsində təcrübə;
  • Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
  • Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
  • Rus, Türk və İngilis dil bilikləri müsbət qarşılanır;
  • Kompüter bilikləri (MS Office, Internet);

Əsas vəzifələr:

  • Bankın məhsulları haqqında müştərilərə məsləhət xidmətləri göstərmək;
  • Müştərilər üçün kredit və kommersiya təkliflərini hazırlamaq;
  • Müştəri haqqında məlumat toplamaq;
  • Potensial müştərilərin cəlb olunması ilə bağlı araşdırmalar aparmaq;
  • Müştərilərə bankın göstərdiyi başqa xidmətlər üzrə bankı təmsil etmək;
  • Müştərilər üzrə geniş təhlil hesabatlarını (biznes fəaliyyətinin izahı, maliyyə hesabatları)  hazırlamaq;

Göstərilən tələblərə cavab verən namizədlər Dekabr ayının 5-dək öz CV formalarını [email protected] və ya [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Filiala Müştəri Təmsilçisi” qeyd etməyiniz vacibdir.

Şirkət: 
“Ziraat Bank Azərbaycan” ASC

Ən sərfəli krediti almaq üçün müraciət et