Müştəri əlaqələri şöbəsinin rəisi | Banco.az
AFB Bank

Müştəri əlaqələri şöbəsinin rəisi

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Müştəri əlaqələri şöbəsinin rəisi vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Müştəri əlaqələri şöbəsinin rəisi

 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);

• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;

• Sahəyə aid olan qayda və normativləri bilmək;

• Maliyyə və kredit analizi bilikləri;

• Yaxşı ünsiyyət bacarıqları;

• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;

• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;

• Komandada işləmək bacarığı.

 

İŞİN TƏSVİRİ:

• Yeni korporativ müştərilərin cəlb edilməsi üçün korporativ müştəri təmsilçilərinin seçilməsi, bonus strategiyasının hazırlanması, kordinasiya edilməsi və yönləndirilməsi;

• Yeni korporativ müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq və cəlb olunmuş müştərilərin filiallara yönləndirmək;

• Bankın kredit və qeyri-kredit məhsullarının satışını təşkil etmək;

• Cari müştərilərə çarpaz satışların təşkil edilməsi;

• Müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi və hesabatların hazırlanması.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Müştəri əlaqələri şöbəsinin rəisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et