Müştəri cəlbi üzrə mütəxəssis | Banco.az
Kapital Bank

Müştəri cəlbi üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Kapital Bank namizədləri Kiçik və Orta sahibkarlarla iş departamenti, KOS satışlar şöbəsinə Müştəri cəlbi üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər:

  • Hədəf müştərilərini tapmaq (şəxsi müştəri bazasından və koordinasiya və analitika şöbəsi tərəfindən verilən siyahılar üzrə)
  • Siyahıda olan müştərinin banka cəlb edilməsi istiqamətində zənglər aparmaq, görüşlər almaq və hər hansı bank məhsulu (bank hesabının açılması, bank dövriyəsi, biznes kart, kredit, faktorinq və s. ) üzərindən ilkin razılığı əldə etmək.
  • Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək.
  • Cəlb edilən müştərilərin Farmerlərə ötürülməsini təmin etmək
  • Görülmüş işlərə dair hesabat vermək

 

Tələblər:

  • Ali təhsil
  • Səlis Azərbaycan (Rus dili  üstünlük)
  • Yüksək ünsiyyətqurma bacarığı
  • Yüksək satış bacarığı

 

CV-lərinizi, mövzu hissəsində “Müştəri cəlbi üzrə mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et