Müştəri cəlbi üzrə ekspert (Hunter) | Banco.az
Kapital Bank

Müştəri cəlbi üzrə ekspert (Hunter)

Vakansiya haqqında məlumat: 

Müştəri cəlbi üzrə ekspert (Hunter)
Kiçik və Orta sahibkarlarla iş departamenti, KOS satışlar şöbəsi

Vakansiya haqqında məlumat

Kapital Bank namizədləri Kiçik və Orta sahibkarlarla iş departamenti, KOS satışlar şöbəsinə Müştəri cəlbi üzrə ekspert (Hunter) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Hədəf müştərilərini tapmaq (şəxsi müştəri bazasından və koordinasiya və analitika şöbəsi tərəfindən verilən siyahılar üzrə)
• Siyahıda olan müştərinin banka cəlb edilməsi istiqamətində zənglər aparmaq, görüşlər almaq və hər hansı bank məhsulu (bank hesabının açılması, bank dövriyəsi, biznes kart, kredit, faktorinq və s. ) üzərindən ilkin razılığı əldə etmək.
• Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək.
• Cəlb edilən müştərilərin Farmerlərə ötürülməsini təmin etmək
• Görülmüş işlərə dair hesabat vermək

Tələblər:

• Ali təhsil
• Səlis Azərbaycan (Rus dili üstünlük)
• Yüksək ünsiyyətqurma bacarığı
• Yüksək satış bacarığı

CV-lərinizi, mövzu hissəsində “Müştəri cəlbi üzrə ekspert (Hunter)” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et