Müştəri bazasının təhlili və monitorinq şöbəsinin mütəxəssisi | Banco.az
Kapital Bank

Müştəri bazasının təhlili və monitorinq şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Ümumi məlumat

“Kapital” Bank  ASC    namizədləri 

Korporativ Bankçılıq departamenti Müştəri bazasının təhlili və monitorinq şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Kredit və sənədli əməliyyatlar üzrə müraciət etmiş müştərilərin, bizneslərini və maliyyə vəziyyətini təhlil etmək və müvafiq komitələrdə müdafiə etmək
  • Mövcud müştərilərin maliyyə vəziyətini və bizneslərini nəzərdə tutulmuş şəkildə vaxtaşırı monitorinq etmək
  • Ehtiyac yarandığı halda mövcud müştərilərin növbədən kənar monitorinqini keçirmək
  • Kredit portfelinə və mövcud müştəri bazasına mütəmadi nəzərət edərək, mövcud və ya potensial trendlərin aşkarlamaq və müvafiq tədbirlər təklif etmək
  • Yeni layihələri təhlil etmək və proqnozlar hazırlanmasında iştirak etmək

Tələblər

  • Analitik düşünmə qabiliyyəti
  • Maliyyə hesabatları ilə irəli səviyyədə tanışlıq
  • Bizneslərin təhlil metodları ilə irəli səviyyədə tanışlıq
  • Detallara diqqətli
  • Komandada işləmə qabiliyyəti
  • Sərbəst işləmə qabiliyyəti
  • Ali təhsil (Magistr dərəcəsi arzu olunandır)
  • Maliyyə və kreditlərin təhlili sahəsində ən az 1 il iş təcrübəsi
  • Biznes və maliyyə təhlili aparmaq bacarıqları
  • İrəli səviyyədə MS Office bilikləri
  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis

Vakansiyaya müraciət etmək üçün bura daxil olun - http://www.kapitalbank.az/az/karyera/

 

Ən sərfəli krediti almaq üçün müraciət et