Müqavilələrin aparılması şöbəsinin mütəxəssisi | Banco.az

Müqavilələrin aparılması şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!                                             

Müqavilələrin aparılması şöbəsinin mütəxəssisi

Namizədə tələblər

• Yaş: 23-30
• Xanım və bəy namizədlər
• Təhsil: Ali
• İş təcrübəsi: ən azı 1 il sığorta,maliyyə (həmçinin bank sahəsində) təcrübəsi olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (əla) ,Rus dili (arzuolunadır)

Əsas vəzifə öhdəlikləri

• Müəyyən edilmiş qaydada sığorta müqavilələri ilə bağlı ərizə və digər sənədləri qəbul etmək
• Yeni sığorta müqavilələrini, əlavə razılaşmaları zəruri hallarda şirkətin İT sisteminə daxil etmək ;
• Şöbədə yeni işçilər üçün yaradılmış adaptasiya proqramı əsasında yeni işçilərin öyrədilməsini həyata keçirmək;
• Daxil olmuş sənədlər əsasında sığorta müqavilələri hazırlamaq (fərdi və kollektiv müştərilər üçün);

• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı birbaşa rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək;
• Zəruri hallarda fərdi sığorta müqavilələri ilə bağlı, müştərilərə müəyyən məktublar hazırlamaq;

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Sabit əmək haqqı 400 AZN

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “ Müqavilələrin aparılması şöbəsinin mütəxəssisi ”qeyd etmələri xahiş olunur

Şirkət: 
Ateshgah Sigorta

Ən sərfəli krediti almaq üçün müraciət et