Mühüm müştərilərlə iş şöbəsinin mütəxəssisi | Banco.az

Mühüm müştərilərlə iş şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Mühüm müştərilərlə iş şöbəsinin mütəxəssisi

Namizədə tələblər

• Yaş: 21-35 
• Təhsil: Ali
• Dil bilikləri: Azərbaycan dili (əla) , Rus dili (əla) mütləqdir,ingilis dili (intermediate) 
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Vəzifələri:

• Potensial müştərilərlə görüşlərin keçirilməsində müstəqil şəkildə iştirak etmək, müştərilərin tələblərinə uyğun olaraq sığorta proqramlarının təşkil edilməsinə dair məsləhətlər vermək
• Müştəriyə sığorta şərtləri haqqında ətraflı məlumatların əldə edilməsində köməklik göstərmək
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
• Potensial müştərilərin axtarışını həyata keçirmək
• Potensial müştərilər bazasını tərtib etmək

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir) 
• Sabit əmək haqqı sınaq müddətində 400 AZN
• Sınaq müddətindən sonra 500 AZN + rüblük motivasiya

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması

Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir

• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) [email protected] - mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Mühüm müştərilərlə iş şöbəsinin mütəxəssisi”qeyd etmələri xahiş olunur.

Şirkət: 
Ateshgah Sigorta

Ən sərfəli krediti almaq üçün müraciət et