“Mühasibatlıq departamenti” baş mütəxəssis/expert | Banco.az
Rabitəbank

“Mühasibatlıq departamenti” baş mütəxəssis/expert

Vakansiya haqqında məlumat: 

“Rabitabank” ASC “Mühasibatlıq departamenti” baş mütəxəssis/expert vakansiyası elan edilir.

Ölkənin iri, dayanıqlı və etibarlı banklarında nbiri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Bankın işçilərinin əmək haqqlarının (eləcə də maddi yardım, sosial güzəştlər, mükafat) hesablanması və bu barədə məlumatların əmək haqqı proqramına daxil edilməsi;
  • Əmək haqqları (eləcə də maddi yardım, sosial güzəştlər, mükafat) üzrə müvafiq müxabirləşmələrin Bank proqramına yığılması;
  • Digər hesablaşma sənədlərinin (xəstəlik vərəqələri, sair müavinət və s.) dövlət orqanı (DSMF, sosial müdafiə mərkəzitərəfindən ödənilməsini təmin etmək üçün lazımi sənədləşmənin tərtib edilməsi;
  • Bankın işçilərinə əmək haqqları və onlardan tutulmalar barədə məlumatların verilməsi;
  • Hesabat dövrü üzrə (aylıq, rüblük), əmək haqına dair, o cümlədən müvafiq dövlət strukturlarına (DSMF, Vergilər idarəsi, statistika idarəsi və s.) təqdim olunmalı digər hesabatların hazırlanması;
  • Azərbaycan Respublikası Mərkəzi Bankının, Maliyyə bazarlarına nəzarət palatasının, Mühasibatlıq sahəsinə aid qüvvədə olan Azərbaycan Respublikasının məcəllə və qanunlarını, eləcə də Bankdaxili qayda və təimatları bilir və onlara riayət edir.

Vəzifə üzrə tələblər:

  • Ali və ya orta ixtisas təhsili (Maliyyə, mühasibatlıq sahəsində);
  • Bu və yaxud oxşar sahələrdə azı 3 il iş təcrübəsi;
  • Vəzifə təlimatı üzrə nəzərdə tutulmuş funksiyaların yerinə yetirilməsi üçün tələb olunan peşakar biliklərə malik olması (Maliyyə və mühasibatlıq üzrə biliklər və s.);
  • Analitik düşüncə;
  • Komandada işləmək bacarığı;
  • Düzgün qərar vermək bacarığı;
  • Stressədavamlılıq;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması.

Əgər Siz yuxarıda sadalanmış kriteriyalara uyğunsunuzsa CV-lərinizi mailın mövzu hissəsində “Mühasibatlıq departamenti” üzrəbaş mütəxəssis/expert qeyd etməklə [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

  • E-mail: [email protected] 
  • Telefon: (012) 598 44 88, 
  • Ünvan: Bakışəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et