Mühasib (Zaqatala) | Banco.az
Azkredit

Mühasib (Zaqatala)

Vakansiya haqqında məlumat: 

“Vijn Fond AzərKredit” MMC Zaqatala filialına müvəqqəti Mühasib vəzifəsinə işçi qəbulu elan edir.

“Vijn Fond AzərKredit” MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük BOKT-larından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır. AzərKredit hazırda Zaqatala filialına müvəqqəti Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. Xanım namizədləri aktiv olmağa çağırırıq.

Əsas vəzifə və öhdəlikləri:

İdarəetmə sahəsində:

  • Azərbaycan Respublikası Mühasibat Uçotu haqqında Qanununa, Mərkəzi Bankın təlimatlarına, Vergi Məcəlləsinə və təşkilatdaxili proseduralara əsasən filial daxilində maliyyə və mühasibat uçotunu təşkil etmək , planlaşdırmaq, nəzarət və idarə etmək;
  • Filial meneceri ilə koordinasiyalı olaraq, nağd və qeyri-nağd pul vəsaitlərinin hərəkətinin idarə edilməsi;
  • Filial meneceri ilə koordinasiyalı olaraq filialın bankda olan vəsaitlərinin idarə olunması və bank əməliyyatlarının aparılmasını təmin etmək;
  • Filial və onun nümayəndəliklərinin maliyyə və mühasibat uçotunu təşkil etmək, o cümlədən maliyyə təhlili üzrə filialın göstəricilərini hesablamaq, proqnoz və idarəetmə hesabatlarını hazırlamaq;
  • Filialın tabeçiliyində olan nümayəndəliklərinin mühasib köməkçiləri tərəfindən təqdim olunmuş hesabatların səhihliyinin yoxlanılması;
  • Dövri maliyyə və statistik hesabatları tərtib etmək və müəyyən olunmuş qaydada Baş Ofisə təqdim etmək;
  • Daxili proseduralara əsasən gündəlik  əməliyyatlarla bağlı maliyyə sənədlərini tərtib və təsdiq etmək;
  • İlkin və törəmə sənədlərin, elektron məlumat bazaların mühafizəsini, fayllaşmasını və arxivləşdirilməsini daxili prosedur və qaydalara uyğun olaraq həyata keçirilməsi;
  • Əsas vəsaitlərin və inventarların hərəkəti haqqında hesabatların hazırlanması və əsas vəsaitlər üzrə inventarizasiyanın həyata keçirilməsini təmin etmək;
  • Daxili qaydalara və proseduralara uyğun olaraq, girov kimi qoyulan qızıl, zinət və digər əşyaların dövriyyəsinin uçotunun təşkili və nəzarət edilməsini təmin etmək;

Nəzarət sahəsində:

  • Daxili proseduralara əsasən, gündəlik xəzinə kitabına və xəzinə qalığına (xəzinə limiti) nəzarət etmək və yoxlayıb təsdiq etmək;
  • Gündəlik Maliyyə İnformasiya Sistemi proqramına müştərilər, kreditlər haqqında və digər informasiyanın daxil edilməsi, əməliyyatların qeydiyyatının həyata keçirilməsini və nəzarət olunmasını təmin etmək;
  • Filialın büdcəsinin hazırlanmasında iştirak və büdcə nəzarətini təmin etmək;
  • Təsdiq edilmiş büdcə, təsdiq edici sənədlər və təşkilat daxili təlimatların əsasında xərclərin səmərəli və məqsədyönlü istifadə edilməsinə nəzarətin təmin edilməsi;

Digər:

  • Kredit almaq üçün təsdiq edilmiş (Kredit Komitəsinin Qərarı forması-Loan Committee Summary) müştərilərin siyahısına əsasən Kredit Paylanışı Formasının (Disbursment List) hazırlanması;
  • Gündəlik kassa sənədləri və daxil olan vəsaitlərin əsasında gündəlik ödəniş cədvəllərinin (Daily Repayment Schedule) hazırlanması;
  • Gündəlik təsərrüfat əməliyyatının qeydiyyatını və onların mühasibat uçotunun aparılmasını təmin etmək 
  •  Təsərrüfat xərcləri etmək üçün avans hesablarının açılması ,dövriyyəsi və bağlanması prosesini təşkilatın daxili təlimatlarına uyğun şəkildə yerinə yetirilməsini təmin etmək;
  • Filialın digər təsərrüfat subyektləri ilə bağlanmış müqaviləliləri üzrə maliyyə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək;
  • Filial işçiləri ilə bağlanmış əmək müqavilələri, Azərbaycan Respublikası Əmək Məcəlləsinə  və digər qanunvericiliyə əsasən Əmək Haqqının hesablanmasını təmin etmək;
  • Öz vəzifələrini yerinə yetirilməsi zamanı peşəkar, etik prinsipləri gözləmək, əməliyyatların şəffaflığını və məxfiliyini təmin etmək;
  • Donor, investor və digər tərəflər üçün hesabatlar hazırlanması və bu hesabatların hazırlanması üçün Baş Ofisi zəruri informasiya ilə təmin etmək;
  • Təşkilatın maliyyə idarəetməsi ilə bağlı proseduralarının hazırlanması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
  • Maliyyə meneceri və Baş mühasib tərəfindən tələb olunan digər vəzifələri yerinə yetirmək;
  • Lazım gəldikdə filial tabeçiliyində olan nümayəndəliklərin mühasib köməkçisini əvəz etmək;
  • Təlim və təcrübə ilə bağlı faktiki xərclər barədə İRD-nə hesabat, məlumat vermək;

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Uçot haqqında qanunvericilik aktlarını, Mühasibat uçotunun təşkili və hesabatların tərtibatını bilmək;
  • Banklar və bank fəaliyyəti haqqında, mülki, əmək, maliyyə, vergi qanunvericiliyini bilmək;
  • Kredit təşkilatlarında mühasibat uçotunun təşkili üzrə təlimat və qaydaları, onun aparılması qaydalarını bilmək;
  • Aparılan hesabları, əməliyyatları və məlumatların daxil edilməsini əsaslandırmaq və balansa almaqla bağlı mühasibat işlərini bilmək;
  • Pul vəsaitlərinin, əsas vəsaitlərin. əmtəə, maddi və digər qiymətlilərin qəbulu, mədaxili, saxlanması və silinməsi qaydalarını bilmək;
  • Debitor və kreditorlarla hesablaşmaların aparılması qaydalarını bilmək;
  • Mühasibat hesabatı və balanslarının tərtib edilməsi qaydaları və müddətlərini bilmək;
  • “VF AzərKredit”-in daxili prosedur və qaydalarını bilmək;
  • Müasir ofis qaydalarını və ləvazimatlarından istifadəni bilmək;
  • Müvafiq sahədə ali təhsil;
  • Mühasibat sahəsində ən azı 2 il iş təcrübəsi olmalıdır;
  • Müasir mühasibat İnformasiya Proqramlarından ən azı birini bilməlidir;
  • Komanda və fərdi şəkildə iş bacarığı olmalıdır;
  • Müəyyən səviyyədə ingilis dili olmalıdır;

Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 31 iyul 2014-cü il tarixinədək e-mail [email protected] və ya faks vasitəsilə (012) 597 30 39 təqdim etsinlər.
E-məktubunuzun mövzu hissəsində ‘Zaqatala müvəqqəti Mühasib’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşə qəbul anketini
 http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected] 
Fax: (012) 597 30 39
www.azercredit.az

Ən sərfəli krediti almaq üçün müraciət et