Mühasib köməkçisi | Banco.az
Azkredit

Mühasib köməkçisi

Vakansiya haqqında məlumat: 

Vijn Fond AzərKredit” MMC Quba filialına Mühasib köməkçisi vəzifəsinə işçi qəbulu elan edir.

Vijn Fond AzərKredit MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük mikro-kredit təşkilatlarından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosfer, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə qoyur. AzərKredit hazırda Quba filialına Mühasib köməkçisi vəzifəsi üzrə işçi qəbulu elan edir. Xanım namizədləri aktiv olmağa çağırırıq.

Əsas vəzifə və öhdəlikləri:

  • Bütün növ hesab-fakturaları, xərc sənədlərini və ödənişə müraciətləri qəbul və icra etmək;
  • Hesablamaları yoxlamaq və dəqiqliklə hesablar sisteminə köçürmək;
  • Mini kassa üzrə gündəlik əməliyyatları icra etmək;
  • Mühasibat faylları ilə bağlı işləri dəqiq və vaxtında icra etmək;
  • Ödəniş üçün çekləri hazırlamaq;
  • Ödəniş sənədləri, qayimələr, tədarük sifarişləri, kreditor borcu üçün qovluqların saxlanılması və yenilənməsini həyata keçirmək;
  • Birbaşa rəhbər və ya müvafiq şəxslərin müraciəti əsasında faylları və ya məlumatları, o cümlədən proseslər, fotosurətlər, fayllar sənədləri və hesabatları hazırlamaq;
  • Mövcud qaydalara müvafiq olaraq faylları və hesabatları hazırlamaq, saxlamaq və ləğv etmək;
  • Mühasibat əməliyyatlarını əllə, yaxud kompüterdə icra etmək və yeniləmək;
  • Hesablara və xərc mərkəzinə uyğun olaraq uçotun aparılması;
  • Birbaşa rəhbərin təsdiqi üçün mühasibat jurnalının hazırlanması;
  • Qayimələr, tədarük sifarişləri və digər mühasibat sənədlərini yoxlamaq və düzəlişlər etmək;

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
  • Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
  • Azərbaycan dilində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis dili arzu olunandır);
  • Əla kompüter bilikləri (Excell, Word və mühasibatlıq sistemlərini üzrə);
  • İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq;
  • Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
  • Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
  • Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
  • İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;

Yuxarıdakı tələblərə cavab verən namizədlərdən xahiş olunur ki, işəqəbul anketlərini dolduraraq 05 may 2014-cü il tarixinədək AzərKredit təşkilatının Xaçmaz ofisinə (ünvan: N. Nərimanov küç. 8A.
Telefon: (+994 023) 325 31 87); və ya aşağıdakı e-ünvana göndərsinlər. İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya Xaçmaz ofisindən əldə edə bilərsiniz.

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Quba filialına Mühasib Köməkçisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected];
Faks: +99412 597 30 39

Ən sərfəli krediti almaq üçün müraciət et